Hüquqi konfliktin bir növü olan cinayət-prosessual konflikt nəinki qaçılmaz, hətta zəruri bir hadisədir. Bu konfliktin kökündə cinayət prosesi iştirakçılarının həyata keçirdikləri fərqli funksiyaların mahiyyəti və məzmunu durur. Onların bir qrupu qanunvericiliyin qüsurlarından doğursa, digərləri qanunverici tərəfin - dən bilərəkdən edilir, proqramlaşdırılır.
Qiymətləndir