İbtidai araşdırmada xəttin psixodiaqnostikası və parapsixologiyanın imkanlarından istifadənin prosessual və taktiki xüsusiyyətləri - Polis Akademiyasının Elmi Xəbərləri - Elmi Hüquq Jurnalı №2 2025

Açıqlama:

İbtidai araşdırma prosesində yazı xəttin psixodiaqnostikasının və parapsixologiyanın rolunu və onların tətbiqinin prosessual və taktiki xüsusiyyətlərini araşdırdıq. Yazı xəttinin psixodiaqnostikası şəxslərin və ya qrupların psixoloji vəziyyətini təhlil etməyə və onların davranışlarının motivlərini anlamağa imkan verir. Bu üsul ekspert-tədqiqatçılar və hüquq-mühafizə orqanları tərəfindən şübhəli şəxslərin psixoloji vəziyyətini qiymətləndirmək üçün istifadə edilir. Parapsixologiya isə qeyri-adi psixoloji hadisələri, məsələn, telepatiya, prekoqnisiya və digər parapsixoloji qabiliyyətləri öyrənir. Bu sahənin cinayətin ibtidai araşdırma prosesində tətbiqi cinayət hadisələrinin daha dərindən başa düşülməsi və mümkün olan qeyri-adi faktorların təhlil edilməsi üçün faydalıdır. Məqalədə hər iki sahənin birləşməsinin ibtidai araşdırmada daha dəqiq və effektiv aparılmasına kömək etdiyi qeyd edilir. Psixodiaqnostikanın və parapsixologiyanın prosessual xüsusiyyətləri bu sahələrin müstəntiqlər tərəfindən istifadə edilməsi zamanı düzgün taktika və yanaşmaların seçilməsini tələb edir. Prosesin düzgün aparılması xüsusi təlim və təcrübə, həmçinin bu sahələr üzrə mütəxəssislərin iştirakını vacib edir. Psixodiaqnostikanın nəticələri şəxslərin şübhələrinə dair əlavə məlumat verir, parapsixoloji üsullar isə qeyri-adi hallarda müstəntiqlərə yeni bir perspektiv təqdim edə bilər. Yazı xəttinin psixodiaqnostikası və parapsixologiya ibtidai araşdırmaların taktik və prosessual aspektlərində çoxsaylı imkanlar təqdim edərək müstəntiqlərin işini daha da dəqiqləşdirə bilər. Bu yanaşmaların düzgün tətbiqi cinayətlərin açılmasında əhəmiyyətli bir rol oynayır.


Müəllif : Rasim İsaqov
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 21

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir