Bu vəsait Azərbaycanın dövlət orqanlarının nəzdindəki ictimai şuraların (bundan sonra: İŞ) hazırkı və potensial üzvləri, habelə yeni İŞ-lər yaratmaq məsələsini nəzərdən keçirəcək dövlət qurumları üçün nəzərdə tutulmuşdur. Vəsaitin yekun məqsədi bütövlükdə mövcud İŞ-lərin səmərəliliyinin artırılmasından və yeni İŞ-lərin yaradılmasına töhfə verməkdən ibarətdir. Səmərəli İŞ-lər dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında etimadın və bütövlükdə münasibətlərin yaxşılaşdırılmasına, habelə hökumət qərarlarının qəbul edilməsində iştirak prosesinin təkmilləşdirilməsinə və dövlət orqanlarının şəffaflığının və hesabatlılığının artırılmasına kömək edə bilər.
Qiymətləndir