Məqalədə Azərbaycan Respublikası cinayət qanunvericiliyinə xas olan hüquqi və kriminoloji reallıqlarla əlaqəli olaraq ictimai mənəviyyat əleyhinə yönəlmiş hərəkətlərin kriminallaşdırılması problemi, eləcə də onun müqayisəli təhlili aparılmışdır. Bundan əlavə, hazırkı cinayət qanunvericiliyində ictimai mənəviyyat əleyhinə olan cinayətlərin tövsifedici əlamətlərinə görə sistemləşdirilməsi təklifi və əsaslandırılması həyata keçirilmişdir.
Qiymətləndir