İnformasiya sferasında dayanıqlı inkişaf məqsədləri və insan hüquqlarinın uzlaşdırılması - Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalı №2 2020

Açıqlama:

Məqalə 2015-ci ildə BMT tərəfindən qəbul edilmiş “Dayanıqlı İnkişaf Məqsədləri üzrə 2030 Gündəliyi” proqramında əks edilmiş məqsədlər ilə insan hüquqlarının informasiya cəmiyyətində uyğunlaşdırılmasına və bir yerdə tətbiqinin elmi-nəzəri mümkünlüyünə həsr edilmişdir. Dayanıqlı inkişaf konsepsiyası və insan hüquqları üzrə beynəlxalq fəaliyyət uzun müddətdir ki, bir-birilə əlaqələndirilmədən icra edilmişdir. Bununla belə, dayanıqlı inkişaf nəzəriyyəsinin ən əsas amillərindən biri də insan hüquqlarının effektiv qorunmasını təmin etməkdir. BMT çərçivəsində bu əsaslar nisbətən daha son dövlərdə tanınmışdır. İnformasiya cəmiyyəti quruculuğu isə dayan ilıq inkişaf üzrə 2030 Məqsədlərinin insan hüquqları ilə uzlaşdırılmasına yeni cəhətlər əlavə etmişdir. Belə ki, informasiya cəmiyyəti özü-özlüyündə inkişafın məhsulu olub, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) çərçivəsində nəzərdən keçirilə bilər. Eyni zamanda informasiya cəmiyyətinin də, DİM-də olduğu kimi bir sıra insan hüquqları əsasları vardır. Bu əsaslar daha çox informasiya hüquqları, təhsil hüququ formasında, habelə siyasi, sosial, mədəni və s. hüquqlar formasında özünü göstərir. İnformasiya cəmiyyətinin insan hüquqları əsaslarının bir çoxu həm də DİM-in realizəsində mühüm faktor kimi çıxış edir. Bununla belə, İKT-nin son nailiyyətlərinin fonunda və informasiya cəmiyyətindən bilik cəmiyyətinə keçid dövründə DİM və insan hüquqları arasında əlaqələri yenidən təhlil etmək, onları rəqəmsal mühitə də tətbiq etmək zərurəti meydana gəlmişdir.


Müəllif : Ə. İ. Əliyev - Bakı Dövlət Universiteti Ş. S. Məmmədrzalı - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2020
Yüklənmə sayı : 13

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir