İnformasiya təhlükəsızliyinin təmin olunması: informasiyanın mühafizəsi və informasiya məsuliyyəti - Azərbaycan Hüquq Jurnalı. 2022 (№3)

Açıqlama:

Hüquqi məsuliyyət institutu əksər hüquq sahələrində mühüm mexanizmlərdən biri kimi tədqiq olunur. Məhz hüquqi məsuliyyət ictimai münasibətlərin tənzimlənməsində əsas rol oynayır. Əgər müxtəlif sahələri tənzimləyən qanunvericilik aktlarına nəzər salsaq müəyyən edə bilərik ki, həmin normativ mənbələrdə onun pozulmasının hüquqi məsuliyyətə səbəb olacağı müəyyən olunmuşdur. Bu hüququnun ümumi prinsipi olan ədalətliliyin təmin edilməsi ilə yanaşı cəmiyyətdəki fərdlər üzərində preventiv təsiri ilə də seçilir. Müəyyən olunmuş hüquqi məsuliyyət şəxsi belə qeyri-qanuni hərəkətlər etməkdən çəkindirir.


Müəllif : Aytəkin İbrahimova - hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının dosenti
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 16

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir