İnformasiyanın nəzəriyyəsinə fəlsəfi baxış (ilahi mənşədən rəqəmsal dünyaya qədər yol) - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №3 (2022)

Açıqlama:

İyirminci yüzilliyin 60-cı illərinin başlanğıcında, heç bir təbii sərvəti olmadığı şəraitdə, Yaponiya höküməti və xalqı qarşısında belə bir sual dururdu: “Ölkənin inkişafını hansı yola istiqamətləndirmək?” Xalqın maddi rifahını daha da yüksəltmək yoluna, yoxsa məlumat-zehni inkişaf, cəmiyyətin məlumatlandırılması, informasiyalandırma mənbələrinin və texnologiyasının inkişafı, başqa sözlə, maddi yaxud məlumatlandırma yoluna? Yaponiya 1964-cü ildən başlayaraq ikinci yolu seçdi, İnformasiya və onun mənbələrinin zənginliyini maddi zənginlikdən üstün tutdu. Bu seçim ən qısa zaman kəsiyində Yaponiyanı dünyada adambaşına düşən milli gəlirə görə ikinci, elmin, texnikanın və iqtisadiyyatın bir çox göstəricilərinə görə isə birinci yerə çıxardı. Dünya informasiyalaşdırma cəmiyyətinin informasiologiyanın, informasiyalaşdırma resursları və texnologiyaları tarixi öz başlanğıcını elə bu vaxtdan götürür. Bütün dünyada, o cümlədən Yaponiyada çox güclü informasiya əldə etmək imkanlarına malik olan Amerika Birləşmiş Ştatları 60-cı illərin sonu və 70-ci illərin əvvələrində öz xalqını məlumatlandırmanın Yapon sistemini qəbul etdi.


Müəllif : Pərviz Kazimi - Bakı Dövlət Universiteti, tarix üzrə fəlsəfə doktoru, dosent İslam İslamov - Bakı Dövlət Universiteti, fəlsəfə doktoru, dosent Gulnarə Yusifova - Bakı Dövlət Universiteti, fəlsəfə doktoru
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 10

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir