İnsan və vətəndaş hüquqları, onların təminatı

Açıqlama:

Hüquqi dövlətin başlanğıc nöqtəsi və son məqsədi insan və vətəndaş hüquq və azadlıqlarının təminatıdır. Məhz hüquqi dövlətdə azadlığın, ədalətin və ümumi sülhün əsasını təşkil edən insan ləyaqəti etiraf olunur və kütləvi hakimiyyət tərəfindən qorunur. İnsan hüquqları fərdin özünə məxsusluğu, bütövlüyü və azadlığı ilə bağlıdır. İnsan hüquqları hər bir insanın mövcudluğunun və birgə yaşayışının bünövrəsi olmaqla, müasir dünyada sülhün və tərəqqinin ifadəsidir. İnsan hüquqları həqiqətən heç bir mədəniyyətə yad deyil və bütün millətlərə xasdır.


Müəllif : A.H.Dəmirov, Ş.N.İsmayılov, Q.F.Hüseynov
Nəşr tarixi : 2010
Yüklənmə sayı : 342

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir