İnsan alveri cinayət tərkibinin subyektiv əlamətləri

Açıqlama:

Cinayətin subyekti və subyektiv əlamətləri mahiyyət etibarilə cinayətin subyektiv əlamətlərinin məcmusunu təşkil edir. Ona görə də bu məqalə insan alveri cinayət tərkibinin subyekti və subyektiv cəhətindən bəhs edir. AR CM-nin 144-1-ci maddəsində nəzərdə tutulan cinayətin subyekti 16 yaşına çatmış istənilən anlaqlı fiziki şəxs ola bilər. CM-nin 144-1-ci maddəsi – insan alveri cinayəti subyektiv cəhətdən birbaşa qəsdlə xarakterizə olunur. Təqsirli şəxs insana münasibətdə həyata keçirilən əməllərin ictimai-təhlükəli xarakterini tərk edir və bu hərəkətləri törətməyi arzu edir. AR CM-nin 144-1.1 və 144-1.2-ci maddələrində nəzərdə tutulmuş –insana münasibətdə cəlb etmə, gizlədilmə, daşınma, verilmə və s. bu kimi hərəkətlərə münasibətdə təqsirli şəxsin psixi münasibəti birbaşa qəsd, zərərçəkən şəxsin ölümünə, sağlamlığına ağır zərər vurulmasına və ya digər ağır nəticələr münasibət də təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur.


Müəllif : Sevinc Hüseynova
Nəşr tarixi : 2021
Yüklənmə sayı : 462

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir