İnsan alveri cinayət tərkibinin subyektiv əlamətləri - Nəqliyyat Hüququ jurnalı 2021 №1

Açıqlama:

Cinayətin subyekti və subyektiv əlamətləri mahiyyət etibarilə cinayətin subyektiv əlamətlərinin məcmusunu təşkil edir. Ona görə də bu məqalə insan alveri cinayət tərkibinin subyekti və subyektiv cəhətindən bəhs edir. AR CM-nin 144-1-ci maddəsində nəzərdə tutulan cinayətin subyekti 16 yaşına çatmış istənilən anlaqlı fiziki şəxs ola bilər. CM-nin 144-1-ci maddəsi – insan alveri cinayəti subyektiv cəhətdən birbaşa qəsdlə xarakterizə olunur. Təqsirli şəxs insana münasibətdə həyata keçirilən əməllərin ictimai-təhlükəli xarakterini tərk edir və bu hərəkətləri törətməyi arzu edir. AR CM-nin 144- 1.1 və 144-1.2-ci maddələrində nəzərdə tutulmuş – insana münasibətdə cəlb etmə, gizlədilmə, daşınma, verilmə və s. bu kimi hərəkətlərə münasibətdə təqsirli şəxsin psixi münasibəti birbaşa qəsd, zərərçəkən şəxsin ölümünə, sağlamlığına ağır zərər vurulmasına və ya digər ağır nəticələr münasibətdə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur.


Müəllif : Sevinc Hüseynova - Azərbaycan Milli Elmlər Akademiyası Hüquq və İnsan Haqları İnstitutunun Cinayət hüququ və cinayət prosesi şöbəsinin böyük elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru
Nəşr tarixi : 2021
Yüklənmə sayı : 14

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir