İnsan alveri cinayəti ilə mübarizənin əsas hüquqi aspektləri - Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalı №2 2024

Açıqlama:

Məqalədə qeyd olunur ki, İnsan alverinin qarşısının alınması bu alverlə mübarizənin əsas istiqamətlərindən biridir, o cümlədən potensial qurbanlar üçün ixtisaslaşdırılmış tədbirlərin həyata keçirilməsidir. İnsan alveri ilə məşğul olmaq riski altında olan şəxslərin dəqiq müəyyən edilməsi bu cür kampaniyaların uğurunun açarıdır. İnsan alverinin qarşısının alınması bu alverlə mübarizənin əsas istiqamətlərindən biridir, o cümlədən potensial qurbanlar üçün ixtisaslaşdırılmış tədbirlərin həyata keçirilməsidir. Bu baxımdan qadın qurbanlıq portretinin tərtib edilməsi zəruri görünür, çünki insan alverçiləri qarşısında ən həssas olan qadınlardır. İnsan alveri dünyada bütün ölkələrdə baş verə bilən cinayətdir. O, həm milli, həm də transmilli xarakter daşıyır. İnsan alveri ilə mübarizə sahəsində ən təsirli və zərurətdən doğan mübarizə vasitəsi bu əməlləri törədən təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi və cəzalandırılması, habelə ciddi hüquq pozuntusunun neqativ nəticələrinin aradan qaldırılmasıdır. İnsan alveri yalnız cinsi istismar məqsədilə insan alverini əhatə etmir, eyni zamanda, bura istismarın bir sıra digər formaları da aiddir. İnsan alverini əmələ gətirən istismarın müxtəlif və yeni meydana çıxan formalarına dair biliklər tədricən artmaqdadır. Son araşdırmalar onu göstərir ki, əməyin istismarı, işləmək üçün xarici ölkələrə üz tutan səriştəsiz insanlarla böyük bir problemlər yarana bilər.


Müəllif : Qələndərli S.H.
Nəşr tarixi : 2024
Yüklənmə sayı : 117

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir