Məqalədə insan alveri cinayətinin obyektiv əlamətlərinin təhlilindən bəhs edilir. Cinayətin düzgün tövsifi, oxşar əməllərdən onun fərqləndirilməsi üçün cinayətkar qəsdlərin obyektinin dəqiq təyin edilməsi mühüm əhəmiyyət kəsb edir. Əməl qanunla qorunan obyektə ziyan yetirdikdə sosial təhlükəli xarakter alır və cinayətə çevrilir. Cinayətin obyekti ictimai təhlükəli əmələ ziyan yetirən və ya belə təhlükə yaradan, lakin bütün hallarda cinayət qanunu ilə qorunan ictimai münasibətlərdir.
Qiymətləndir