Cəmiyyətin cinayətkar qəsdlərdən etibarlı mühafizəsinin təminatı Azərbaycan dövlətinin qarşısında duran ağır problemlərdəndir. Dövlət və hüququn yarandığı formasiyadan başlayaraq cinayətkarlıqla bağlı gərginlik bütün ictimai-iqtisadi formasiyalarda yaşanıb və yaşanacaq. Azərbaycan Respublikasının CM-də insan alveri cinayətləri XIX fəsilin "Şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər” fəsilində ehtiva edilmişdir.
Qiymətləndir