Azərbaycan Respublikasında insan alveri və onunla bağlı kriminal əməllərə görə məsuliyyət müəyyən edən cinayət hüquq normaları, qanunvericilik sisteminin formalaşması Respublikamızda sovet hakimiyyətinin qurulduğu ilk illərə təsadüf edir. Belə ki, 1922-ci il Azərbaycan İctimai Şura Cümhuriyyətinin Cəza Məcəlləsinin “Həyat, səhhət və şəxsiyyətin heysiyyətinə qarşı olan cinayətlər” adlı V fəslində insan alveri haqqında xüsusi norma olmasa da, belə əməllərlə bu və ya digər dərəcədə bağlı olan tamah məqsədi, intiqam və ya qeyri bir şəxsi məqsədlə başqasının uşağını oğurlamaq, gizlətmək və ya dəyişdirməyə görə 162-ci maddə müəyyən olunmuşdur.
Qiymətləndir