İnsan hüquqları üzrə Avropa məhkəməsinin hüquq yaradıcılığı xüsusiyyətlərinə dair - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №3 (2023)

Açıqlama:

insan Hüquqları üzrə Avropa Məhkəməsi-nin (bundan sonra – Məhkəmə) üçün ye-ganə məcburi akt “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” 1950-ci il tarixli Avropa Konvensiyası (bundan sonra – Konvensiya) və onun Protokollarıdır. Məhkəmə-nin səlahiyyəti yalnız Konvensiya və Protokolları təfsir etməklə məhdudlaşır. Konvensiyanın on minlərlə iş üzrə ardıcıl təfsir praktikası “Konven-siya hüququ” adlanan unikal fenomenin, faktiki olaraq, yeni normalar sisteminin yaranmasına sə-bəb olmuşdur. Bu sistem ayrıca aktlarda kodeks-ləşdirilmir, presedent hüququ şəklində mövcud-dur, yekun etibarı ilə Konvensiyanın detallandı-rılmış geniş sistemi kimi təsəvvür oluna bilər.


Müəllif : Səadət NOVRUZOVA - Bakı Dövlət Universitetinin “Beynəlxalq Ümumi Hüquq” kafedrasının dissertantı, Xəzər Universitetinin hüquq kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 7

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir