İnsan hüquqları fövqəladə vəziyyət şəraitində - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №2 (2022)

Açıqlama:

Zaman-zaman hər bir ölkənin bütün və ya ayrı-ayrı ərazilərində qabaqcadan görülməsi mümkün olmayan, sülhə təhlükə olan və ya böhran vəziyyəti yaradan müəyyən hallar baş verir. Bu zaman əsas məqsəd həm insan hüquqlarının, həm də dövlətin təhlükəsizliyini qoruması üçün həmin vəziyyətin aradan qaldırılmasıdır. Bu vəziyyətin aradan qaldırılması üçün isə dövlətlər öz ərazilərində müəyyən rejimlər tətbiq edirlər. Ölkəmizdədə bu cür hallarda tətbiq edilən rejimlər xüsusi inzibati hüquqi rejimlər adlanır və üç yerə bölünür: fövqəladə vəziyyət rejimi və hərbi vəziyyət rejimi və karantin rejimi. Fövqəladə vəziyyət rejimi dedikdə yaranmış vəziyyəti aradan qaldırmaq məqsədilə adi halda tətbiq edilməyən idarəetmə qaydalarının həyata keçirilməsi başa düşülür.


Müəllif : Vüsalə Əzizli - Bakı Dövlət Universiteti Konstitusiya hüququ kafedrasının II kurs magistrantı
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 7

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir