İnsan hüquqları fənni üzrə praktikum (tədris-metodiki vəsait)

Açıqlama:

İnsan hüquqlarının effektiv şəkildə müdafiəsi müasir dünyamızda ən yüksək dəyər kimi qəbul edilməklə bütün bəşəri çağırışların önündə dayanır. Müasir dövrdə insan hüquqlarının təmini hər bir dövlətin demokratik inkişafının göstəricisidir. Hər hansı cəmiyyətə qiymət verilməsi mütləq şəkildə dövlət-cəmiyyət, dövlət-şəxsiyyət münasibətlərində sosiumun deyil, fərdin hüquqlarının prioritetliyi ilə müəyyən edilir. Bu ilk növbədə II Dünya Müharibəsindən sonra mütərəqqi bəşəriyyətin insan hüquqlarına münasibətində liberal yanaşmaların hakim mövqe tutması ilə bağlıdır.


Müəllif : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyası
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 626

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir