İnsan hüquqları prinsiplərində beynəlxalq və dövlətdaxili hüquq normalarının qarşılıqlı əlaqəsinin müəyyən edilməsi - Azərbaycan Hüquq Jurnalı. 2023 (№3)

Açıqlama:

Məqalədə qeyd olunur ki, İnsan hüquqları sahəsində beynəlxalq mexanizmlərin hüquqi mahiyyətinin dərk edilməsi üçün beynəlxalq və milli tədbirlər arasında hansı nisbətin müəyyən edildiyini aydınlaşdırmaq vacibdir. İmplementasiyanın dövlətdaxili mexanizmi beynəlxalq hüquq normalarının implementasiyası üçün istifadə olunan milli-hüquqi vasitələrin və dövlətin beynəlxalq öhdəliklərinin realizəsi üçün səlahiyyətli olan dövlət orqanlarının məcmusudur. Dövlətdaxili mexanizm hər bir dövlətdə mövcuddur. Ancaq bu mexanizmə bütün dövlətlər üçün ümumi, həm də spesifik əlamətlər məxsusdur. Göstərilən prosesin obyektivliyi, ilk növbədə, qloballaşma ilə bağlıdır. Beynəlxalq hüquq milli hüquqa və dövlətçiliyə pozitiv təsir göstərə bilər. Dövlət tərəfindən beynəlxalq hüquq öhdəliklərini yerinə yetirmək, insan hüquq və azadlıqlarına riayət etməyə zəmanət vermək üçün onlar daxili qanunvericiliklə təsbit edilməlidir.


Müəllif : Aygül Cahangirova - BDU-nun İnsan hüquqları və İnformasiya hüququ UNESCO kafedrasının doktorantı
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 34

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir