İnsan hüquqları sahəsində müasir Azərbaycan Respublikasının qanunvericiliyi və Avropa standartları - Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalı №1 2021

Açıqlama:

Məqalədə qeyd olunur ki, müasir dövrdə insan hüquqları problemini təkcə dövlətdaxili məsələyə aid etmək olmaz. Belə ki, insan hüquqları qlobal xarakter daşıyır və onun tənzimlənməsində başlıca rol beynəlxalq hüquqa məxsusdur . Müasir insan hüquqları müəyyən beynəlxalq standartlara malikdir, onun müdafiəsi, həm milli-hüquqi, həm də beynəlxalq-hüquqi normalarla həyata keçirilir. Azərbaycan qanunvericiliyinin insan hüquqları və azadlıqları sahəsində beynəlxalq-hüquqi normalara və Avropa standartlarına uyğunlaşdırılmasının zirvə məqamı Azərbaycan Respublikasının Avropa Şurasına daxil olduğu və insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulduğu dövrə təsadüf edir. Müasir Azərbaycan qanunvericiliyinin insan hüquqları və azadlıqları sahəsində Avropa standartlarına uyğunluğu qanunvericiliyin bir sıra sahələrində mülki, əmək, ailə və digər sahələrində öz əksini tapmışdır.


Müəllif : N. H. Mehdiyev - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2021
Yüklənmə sayı : 9

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir