İnsan hüquqların kontekstində insan hüquqlarının kobud və kütləvi pozuntusu halları - Azərbaycan Prokurorluğu Elmi-praktiki jurnalın 1-ci nömrəsi 2022

Açıqlama:

Aydındır ki, insan hüquqlarının qorunması və başa düşülməsi əsasən milli səviyyədəki inkişaf və mexanizmlərdən asılıdır. Milli səviyyədə mövcud olan qanunlar, siyasətlər, prosedur və mexanizmlər hər bir ölkədə insan hüquqlarının təmin olunması üçün əsasdır. Buna görə də, insan hüquqlarının milli konstitusional və hüquq sistemlərinin tərkib hissəsi olması, ədalət mütəxəssislərinə insan hüquqları standartlarının tətbiqi ilə bağlı təlim keçilməsi, insan hüquqlarının pozuntularının pislənməsi və onlara qarşı sanksiyaların qəbul edilməsi vacibdir. Hüquqlara hörmət etmək, onları təmin etmək və həyata keçirməklə bağlı dövlətin öhdəliyi əsasdır, dövlət məqsədli və ya davamlı şəkildə insan hüquqlarını pozduğu halda təşkil edilən regional və ya beynəlxalq tribunallar isə köməkçidir. İnsan hüquqlarının əhəmiyyəti onların qorunmasını təmin edən vasitələrdə daha geniş şəkildə əks olunur. Bu, yalnız insan hüquqları aktivistlərinin deyil, həmçinin, ümumilikdə bütün insanların qələbəsi hesab olunmalıdır. Bu uğur nəticəsində çox saylı və hərtərəfli insan hüquqları mətnləri (vasitələr) və icra prosedurları inkişaf etdirilmişdir.


Müəllif : Xəyalə Kələşova, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun “Dövlət təhlükəsizliyinin hüquqi təminatı” şöbəsinin böyük elmi işçisi (Azərbaycan).
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 31

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir