İnsan hüquqlarının müdafiəsi sahəsində səmərəli cinayət araşdırması prinsipinin rolu və əhəmiyyəti - Azərbaycan Prokurorluğu Elmi-praktiki jurnalın 4-cü nömrəsi 2023

Açıqlama:

Müasir dövrdə insan hüquqlarının səmərəli müdafiəsi üçün milli hüquq sistemlərində ədalətli hüquqi prosedurun mövcud olması prinsipial əhəmiyyətə malikdir. Ədalətli hüquqi prosedurun təmin edilməsi dövlətlərin insan hüquqları sahəsindəki pozitiv öhdəliklərindən irəli gəlir. Qeyd edim ki, ədalətli hüquqi prosedur kifayət qədər geniş anlayışdır. Bu anlayışa hakimiyyətin həyata keçirilməsi proseduru, şikayət və müraciətlərə baxılması proseduru, hüquqi məsuliyyətə cəlb olunma prosesi və sair aid edilir. Hazırkı məqalədə ədalətli hüquqi prosedur anlayışının yalnız bir komponenti – səmərəli cinayət araşdırması prinsipi nəzərdən keçirilir. Məqalədə əsas diqqət işgəncəyə və qeyri-insani və ya ləyaqəti alçaldan rəſtara və ya cəzaya məruz qalmamaq hüququnun təmin edilməsi və məişət zorakılığı ilə mübarizə sahəsində bu prinsipin roluna və əhəmiyyətinə yetirilmişdir.


Müəllif : Ceyhun Qaracayev Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin hakimi, hüquq elmləri doktoru, Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının professoru, İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəſtarın və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsinin üzvü
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 20

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir