İnsan və vətəndaşın hüquq və azadlıqlarının müdafiəsinin konstitusiya vasitələri bilavasitə hüquq sistemi ilə və bütövlükdə hüquqi müdafiənin mexanizmi ilə bağlıdır. Məsələ burasındadır ki, müdafiə tədbirləri hüquqların bərpası üçün tətbiq edilir və hüquqi tələblərə riayət etməni təmin edən ölçü kimi xidmət edir. Hər bir ölçünün tətbiqinin məzmunu və qaydası təsirin ciddi müəyyən edilmiş formalarını, onların düzgün tətbiqini təmin edən zəmanətin, onun tətbiqinin dairəsini, bu ölçüləri tətbiq edən orqanları müəyyən edən hüquq normalarıyla tənzimlənir. Belə tənzimləmə dövlətin müstəsna səlahiyyətidir. İnsan və vətəndaşın hüquq və azadlıqlarının müdafiəsi institutunun yekunlaşdırıcı elementi, bizim fikrimizcə, insan hüquqlarının müdafiəsinin konstitusiya vasitələridir. Onların anlayışını müəyyən edərək, biz hüquqi vasitələrin ümumi anlayışına əsaslanırıq.
Qiymətləndir