İnsan hüquqlarının müdafiəsi və insan hüquqlarına hörmət prinsipi: qarşılıqlı hüquqi analiz - Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalı №2 2025

Açıqlama:

Məqalədə qeyd olunur ki, dövlətin insan hüquqlarının müdafiəsinə yönələn fəaliyyəti konstitusiya və qanunvericiliklə tənzimlənən təsisatlar, prosedurlar və metodlardır. Fəaliyyəti tam və ya qismən insan hüquqlarının təmin olunmasına yönələn təsisatların əsas vəzifəsi insanları qanunsuz hərəkətlərdən (hərəkətsizlikdən) müdafiə etməkdir. Hər bir dövlətdə insan hüquqlarının müdafiəsini təmin edən təsisatlar ölkənin insan hüquqları müdafiə mexanizmlərinin tərkib hissəsidir. Bir qayda olaraq İnsan hüquqlarının müdafiəsi üzrə Milli Mexanizmlər iki qrupa bölünür. Bunlar Məhkəmə Mexanizmləri və məhkəmədənkənar və ya İnzibati Mexanizmlərdir. Məhkəmə mexanizmi də özlüyündə Konstitusiya Məhkəməsi mexanizmi və ümumi məhkəmə mexanizmi qismində olur. Hər bir ölkədə insan hüquqlarını müdafiə edən milli mexanizmlər bir-birindən fərqlənə bilər və bunların çeşidi fərqli ola bilər. Bu fərqliliyə ölkənin qanunvericilik sistemi və onun tərəfdar çıxdığı beynəlxalq normalar da təsir edə bilər.


Müəllif : Cahangirova A.A.
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 12

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir