İnsan hüquqlarının nəsillərə ayrılmasının nəzəri-hüquqi xüsusiyyətləri - Azərbaycan Hüquq Jurnalı. 2021 (№1)

Açıqlama:

Şəxsiyyətin hüquqlarının qanunauyğunluğu və onların arasında bildirilmiş prioritetlər müəyyən dövrün kontekstiylə təyin edilir. Çünki, planetin müxtəlif hissələrində insanlar müxtəlif prosedurlara və təcrübəyə uyğun olaraq, bu və ya digər insan hüquqlarını müdafiə və hörmət edirlər, bu məsələlər tamamilə zamandan, məkandan, şəraitdən və başqa səbəblərin səviyyəsindən asılıdır. Bu halda, tarixi genezisdə insan hüquqlarının nəsilləri vasitəsilə dövlətin və şəxsiyyətin münasibətləri göstərir ki, şəxsiyyətin hüquqlarının inkişafı müddətində ictimai və sosial həyatın müxtəlif sferalarında onların sayı və yayılması, bizim fikirimizcə, yalnız böyüyür. Buna üçüncü və dördüncü nəsil insan hüquqlarının meydana çıxması real şahidlik edir. Şəxsiyyətin digər tərəfdən ahəngdar inkişafı yalnız hüquqi demokratik dövlətdə və inkişaf etmiş vətəndaş cəmiyyətində mümkündür. İnsan hüquqlarının müdafiəsinin beynəlxalq təcrübəsində konseptual olarq adətən insan hüquqlarını üç nəslə bölürlər, insan hüquqlarını dördüncü, beşinci və sonrakı nəsillərə bölgüsü, bizim fikrimizcə “çoxmənalı və dolaşıqdır”, həmçinin bu praktiki həqiqətə zərər vura bilər. Nəsillərə bölgü insan hüquqlarının yalnız siyahısı və məzmununa deyil, həm də onların daşıyıcılarının tərkibinə təsir göstərir. Nəticə çıxarmaq olar ki, insan hüquqlarının dördüncü nəsli - bu, hüquqauyğun davranışın seçimində şəxsin müstəqilliyi və alternativliyidir, hansı ki, vahid hüquq sahəsinin, əxlaq və dini normaların çərçivəsində muxtariyyətə əsaslanır. Amma insanın orqanizminə belə müdaxilənin nəticələrinin tam şəkildə müəyyənləşdirilməsinə qədər hüquq normasında yeni tibbi nailiyyətlərin möhkəmləndirilməsindən çəkinmək lazımdır.


Müəllif : Xətai Hətəmov - Bakı Dövlət Universitetinin doktorantı
Nəşr tarixi : 2021
Yüklənmə sayı : 21

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir