İnsan hüquqlarının pozulması sahəsində dövlətlərin məsuliyyəti - Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalı №1 2019

Açıqlama:

Dövlət törətdiyi beynəlxalq hüquqa zidd əməl nəticəsində ziyan çəkmiş digər dövlətə və onun əhalisinə ziyanın əvəzini tam ödəməli, onun pozulmuş hüquqlarını bərpa etməlidir. İnsan hüquqlarının pozulması sahəsində dövlətlərin məsuliyyəti cinayət xarakterindən çox siyasi xarakter daşıdığından, bu problemin həllinə beynəlxalq hüquq prizmasından yanaşılmalıdır. Bu da müasir dövrdə beynəlxalq hüququn rolunun danılmazlığını sübut edir. Həmçinin qeyd edilir ki, insan hüquqlarının pozulması məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində də yarana bilər. Beynəlxalq hüquq dövlətlərin beynəlxalq vəzifələrinə uyğun olaraq dövlətlərin beynəlxalq hüquqlarını, həmçinin fərdlərin beynəlxalq hüquqlarını da müdafiə edir.


Müəllif : N. H. Mehdiyev - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2019
Yüklənmə sayı : 10

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir