İnsan və qadın hüquqlarının mahiyyəti - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №4 (2022)

Açıqlama:

Bəşəriyyətin təkamülü mahiyyət etibarı ilə azadlığın mütərəqqi inkişafını ehtiva edir. Elə buna görə də min illər boyu dövlət və ayrıca bir fərdin şəxsi münasibətləri, həqiqətən dramatik səciyyə daşımış, uzun tarixi mübarizələr yolu keçmişdir. Bununla belə, hakimiyyət faktiki olaraq, yaşamaq hüququ da daxil olmaqla insanın maraqları qarşısında tarixən baş əyməyə məcbur olmuş və onun hüquqlarını tanımaq məcburiyyətində qalmışdır. Elə bunun nəticəsidir ki, nəsillərin nəzəri fikri cəmiyyətdə kompromis tapmağa və insanı hakimiyyətin əsassız təhdidlərindən qorumağa, insanın təbii, ayrılmaz hüquqları vasitəsi ilə ona qarşı sədd qoymağa zaman-zaman cəhd etmişdir. İnsan hüquqlarının təbiətinə işıq salmış daha geniş yayılan baxışlar sistemi, onların ilk növbədə hər hansı tələb obyektini ehtiva edən müəyyən sosial imkan kimi başa düşülmüşdür. Buna görə də insan hüquqları, cəmiyyətin sosial fəaliyyəti, onun ictimai münasibətləri, fərdin həyat şəraiti ilə sıx bağlı bir şəraitdə təşəkkül tapmışdır. Çünki, insan hüquqları olmadan müasir həyatı təsəvvür etmək mümkün deyildir. Elə buna görə də, insan hüquqları və dövlət hakimiyyətinin məhdudlaşdırılması ideyası bu gün dünyada ictimai inkişaf prosesinə istiqamət verən mühüm ideyalardan biri kimi səciyyələndirilir və aktual mahiyyət daşıyır. Dünyanın əksər ölkələrində insan hüquqları, insanın ümumiyyətlə mövcud olmasının və milli inkişafının ən vacib şərti kimi qəbul edilir. x


Müəllif : Səidə Həsənzadə - Hüquq elmləri doktoru, Hüquq və İnsan Haqları İnstitutunun aparıcı elmi işçisi
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 8

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir