İntizam məsuliyyətinin anlayışı haqqında məsələyə dair - Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalı №1 2019

Açıqlama:

Məqalədə hüquqi məsuliyyətin müstəqil növlərindən biri olan əmək hüququ üzrə intizam məsuliyyətinin anlayışı haqqında elmi və tədris ədəbiyyatında mövcud olan yanaşmalar tədqiq olunur. Bundan başqa, intizam məsuliyyətinin bir çox müasir tərifləri əmək hüququnun inkişafının sovet dövrünün fundamental tədqiqatlarına söykəndiyindən onların arasında ciddi fərqlər yoxdur. Aparılmış tədqiqatlar nəticəsində əmək hüquq nəzəriyyəsində intizam məsuliyyətinin anlayışının müəyyən edilməsinə yeni yanaşma nümayiş etdirilərək belə bir qənaətə gəlinmişdir ki, intizam məsuliyyəti işçinin əmək vəzifələrini təqsirli və hüquqazidd surətdə icra etməməsinə görə əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş sanksiyaya məruz qalmaq vəzifəsidir.


Müəllif : A. M. Qasımov - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2019
Yüklənmə sayı : 10

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir