Təsirli fəaliyyət göstərən inzibati məhkəmə sistemi demokratik hüquqi dövlətin mühüm sütununu təşkil edir. Bunun üçün həm də hüquqi baxımdan ixtisaslaşmış və peşəkarlıq baxımdan təcrübəli hakim korpusuna ehtiyac vardır. Ona görə də oxuculara təqdim olunan bu kitabla Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) Azərbaycanda yeni inzibati hüququn tətbiqi prosesində Azərbaycan məhkəmələrinə dəstəyini davam etdirmək istərdi.
Qiymətləndir