İnzibati-prosessual hüquq praktikum (bakalavriat səviyyəsi üzrə)

Açıqlama:

“İnzibati-prosessual hüquq” fənninin materialları kursantlar tərəfindən mühazirə, seminar, təcrübə və kollokvium (aralıq yoxlama) dərslərində, habelə sərbəst saatlarda öyrənilir. Mühazirə dərsi - aidiyyəti mövzu üzrə zəruri biliklərin müəllim tərəfindən kursantların nəzərinə çatdırılmasıdır. Bu formada aparılan dərslərdə kursantların fəallığı hesabına dərsin səmərəliliyi artır. Odur ki, kursantlar fənn proqramında nəzərdə tutulmuş mövzunun mühazirə dərsindən əvvəl xülasəsi ilə tanış olmalı, müzakirəyə çıxarılacaq sualların məzmunu barədə məlumatlar əldə etməli və sualı yaranacaq təqdirdə qeydiyyatını aparmalıdır. Burada məqsəd mühazirə dərsinə kimi kursantlarda ilkin təsəvvürün yaranmasına və plan üzrə sualların müzakirəsində fəal olmalarına nail olmaqdır. Mühazirə təqdimatlarının konspektləşdirilməsi mütləq xarakter daşıyır. Konspektləşdirmə təqdim olunan materiallarla yanaşı, müəllimin şifahi izah və şərhlərini də əhatə etməlidir. Seminar - mövzu üzrə daha vacib hesab edilən və praktikumda seminar dərsinin planı şəklində müzakirəyə çıxarılan şifahi və yazılı suallarla kursantların mövzular üzrə biliklərinin yoxlanılmasıdır. Kursantlar seminara hazırlaşarkən mövzu üzrə tövsiyə edilmiş mənbələri oxumalı və həmin mənbələrdən seminar məşğələsi üzrə suallara əlavələr yazmalıdırlar.


Müəllif : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyası
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 791

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir