İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının fəaliyyəti - Azərbaycan Prokuroru Jurnalı, 2024

Açıqlama:

Bu məqalədə iqlim dəyişikliyinin neqativ təsirlərinin qarşısının alınmasında hüquq-mühafizə orqanlarının səfərbər olunmasının vacibliyi və “iqlim cinayətlərinə” görə məsuliyyət məsələsi müzakirə ediləcəkdir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi potensialın artırılması hesabına xalqımızın rifahının yüksəldilməsi ilə yanaşı təbiətə qayğı göstərilmişdir. Həmin xətti davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahədəki uğurlu dövlət siyasəti dünya miqyasında tanınması və qəbul edilməsi ilə nəticələnmişdir. İqlim dəyişikliyinin əleyhinə beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi bu prosesdə hüquq mühafizə orqanlarının aktivliyini tələb edir. Əsasən beynəlxalq müstəvidə gedən hüquqi proseslərin milli səviyyədə əlaqələndirilməsi, ümumən bu proseslərin hüquqi əsaslarının axtarışının davam etdirilməsi, iqlim dəyişikliyinə görə məsuliyyət növlərinin müəyyən edilməsi vacibdir. Hüquq mühafizə orqanlarının əsas fəaliyyətinin cinayət ədalət mühakiməsi sahəsində cərəyan etdiyinə görə həmin qəbildən olan cinayətlərin dispozisiyasının formalaşması da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Bu mürəkkəb problemin həlli üçün müzakirələr davam etdirilərək daha geniş sayda alim və praktik hüquqşünasların dialoqu intensivləşdirilməlidir.


Müəllif : Kamran Əliyev
Nəşr tarixi : 2024
Yüklənmə sayı : 17

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir