İqtisadi əməkdaşlıq və inkişaf təşkilatının investisiya fəaliyyətinin tənzimlənməsində rolu - Azərbaycan Hüquq Jurnalı. 2021 (№1)

Açıqlama:

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) investisiya münasibətləri sahəsində bir sıra sənədlərin qəbulu yolu ilə beynəlxalq investisiya hüququnun unifikasiyasına mühüm töhfə vermişdir. Həmin sənədlər arasında Beynəlxalq investisiyalar və transmilli korporasiyalar haqqında Bəyannamə, Kapitalın hərəkətinin liberallaşdırılması üzrə İƏİT Məcəlləsi, İƏİT-in Cari görünməz əməliyyatlarının liberallaşdırılması Məcəlləsi, İnstitusional investorlar üçün uzunmüddətli investisiya maliyyələşdirilməsi üzrə "İyirmilər Qrupu" və İƏİT-in Yüksək səviyyəli Prinsipləri, İnvestisiyalar sahəsində İƏİT Çərçivə konsepsiyası və s. sənədlər xüsusilə qeyd edilməlidir. Təcrübə göstərir ki, demək olar ki, bütün İƏİT ölkələri ümumi liberallaşdırma qaydasından azad olmaq üçün onlara verilən imkanlardan olduqca fəal istifadə edirlər. Edilən qeyd-şərtlərin sayına görə bir ölkənin investisiya rejiminin nə qədər liberallaşdırıldığını kifayət qədər dəqiq bir şəkildə qiymətləndirmək olar. İƏİT-də bu göstərici çox geniş dəyişir, lakin yenə də bəzi ümumi məqamları qeyd etmək olar. İnvestisiya sahəsində İƏİT Çərçivə Konsepsiyası (2006/2015) və digər beynəlxalq mexanizmlərin geniş spektrli şərtlərinin mövcudluğu, inkişaf etməkdə olan ölkələrin və biznes birliklərinin nümayəndələri daxil olmaqla genişləndirilmiş bir üzvlüyə cəlb edilməsi, həmçinin İƏİT-in G20 ilə investisiya siyasəti inklüzivlik prosesini artıran amillərdir.


Müəllif : Malik Ramazanzadə - Bakı Dövlət Universitetinin doktorantı
Nəşr tarixi : 2021
Yüklənmə sayı : 21

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir