Dərslikdə iqtisadi hüquq müstəqil hüquq sahəsi kimi fərqləndirilir, onun yarımsahələrinə və müxtəlif institutlarına doktrinal anlayış verilir, ayrı-ayrı iqtisadi münasibətlər üzrə milli hüquqi tənzimlənmənin xüsusiyyətləri şərh edilir. Azərbaycan Respublikasında müasir iqtisadi münasibətlər sferasında ən yeni normativ hüquqi aktlar və çoxsaylı elmi mənbələr əsasında hazırlanmış bu dərslik milli hüquq elmində, xüsusən də onun iqtisadi hüquq sahəsində mövcud olan boşluqların doldurulmasına, hüquqi alqoritm və nihilizm təzahürlərinin aradan qaldırılmasına xidmət edir. Dərslikdən ali məktəb tələbələri, müəllimlər, hüquqşünaslar, iqtisadi hüquq elmi sahəsində çalışan mütəxəssislər və praktik işçilər faydalana bilər.
Qiymətləndir