İqtisadi sferada nəqliyyat münasibətlərinin hüquqi tənzimlənməsi - Nəqliyyat Hüququ jurnalı 2021 №1

Açıqlama:

Məqalədə müəllif tərəfindən Azərbaycanda iqtisadi sferada nəqliyyat münasibətlərinin hüquqi tənzimlənməsi, nəqliyyat təhlükəsizliyi, nəqliyyat daşımaları zamanı sığorta, məsuliyyət və s .məsələlər nəzərdən keçirilir. Qeyd olunur ki, nəqliyyat təhlükəsizliyi nəqliyyat-daşıma prosesinin elə bir vəziyyətidir ki, bu vəziyyət həmin prosesdə iştirak edən subyektlərin nəqliyyat hadisəsindən və onun nəticələrindən müdafiəolunma dərəcəsini əks etdirir. Nəqliyyat təhlükəsizliyinin təmin edilməsi hüquq sisteminin müstəqil sahəsi olan iqtisadi hüququn “nəqliyyat hüququ” adlı tərkib hissəsi ilə tənzimlənir. Nəqliyyat hüququ dedikdə isə iqtisadi hüququn elə bir struktur hissəsi başa düşülür ki, bu hissə özündə iqtisadiyyat sahələrindən biri olan nəqliyyatın fəaliyyəti ilə bağlı yaranan ictimai münasibətləri – nəqliyyat münasibətlərini tənzimləyən hüquq normalarının məcmusu başa düşülür. Bu normalar vasitəsi ilə nəqliyyat sahəsində yaranan iqtisadi münasibətlər nizamlanır və qaydaya salınır. İqtisadi sferada nəqliyyat münasibətlərinin hüquqi tənzimlənməsi,təhlükəsizliyin təmin olunması həm universal və regional mexanizmlər, həm də milli səviyyədə qanunvericilik, icra hakimiyyəti və məhkəmə hakimiyyəti institutları vasitəsilə həyata keçirilir.


Müəllif : Etibar Əliyev - Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvü, Bakı Dövlət Universiteti Hüquq fakültəsi “İnsan hüquqları və informasiya hüququ” YUNESKO kafedrasının professoru, hüquq üzrə elmlər doktoru.
Nəşr tarixi : 2021
Yüklənmə sayı : 15

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir