Məcburi köçkünlük problemi İslam hüququnda və beynəlxalq hüquqda mühüm məsələlərdən biridir ki, müsəlman və qərb alimləri buna xüsusi diqqət göstərmişlər. Qaçqın probleminin həlli, hüquq və təminatlarında əsas müddəalar təkcə İslam dinində deyil, beynəlxalq hüquq normalarında, sənədlərdə insan haqlarında, xüsusilə Qaçqınların statusu haqqında Konvensiyada xüsusi maddələrlə təsbit olunmuşdur ki, hazırkı dövrdə də aktual hesab olunur.
Qiymətləndir