Məqalədə cinayət mühakimə icraatının məhkəməyədək olan mərhələlərində mütəxəssisin iştirakının bir sıra təşkilati-prosessual aspektləri nəzərdən keçirilmişdir. Hadisə yerinə baxış, şəxsi müayinə, axtarış, istintaq eksperimenti və digər istintaq hərəkətlərində mütəxəssisin iştirakının bəzi taktiki, təşkilati və prosessual xüsusiyyətləri təhlil edilmişdir. Habelə cinayət mühakimə icraatı məqsəd və vəzifələrinə uyğun olaraq mütəxəssislərin xüsusi biliklərindən və bacarıqlarından istifadə məsələlərinin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsinin əsas istiqamətləri müəyən olunmuşdur.
Qiymətləndir