İstintaq sövdələşməsi institutunun inkişaf tarixi barədə bəzi qeydlər - Azərbaycan Hüquq Jurnalı. 2023(№2)

Açıqlama:

Beynəlxalq vəziyyətdə artan gərginlik qlobal təhlükəsizliyə təhdidlərə və beynəlxalq xarakterli cinayətlərə qarşı mübarizənin səmərəliliyinə mənfi təsir göstərir ki, bu da, sosial təhlükəli təzahürlərə qarşı daxili vasitələrlə mübarizənin səmərəliliyinin artırılmasını tələb edir. Cinayət prosesinin bütün tarixində mütəşəkkil qrup şəkildə törədilmiş cinayətlərin açılmasının ən səmərəli üsullarından biri cinayət iştirakçılarından birinin hüquq-mühafizə orqanları ilə əməkdaşlığa cəlb edilməsi hesab olunur. İstintaq sövdələşməsinin tarixinin öyrənilməsinin əsas məqsədi xronoloji ardıcıllıqla və konkret tarixi xüsusiyyətləri, inkişaf xüsusiyyətlərini nəzərə almaqla ayrı-ayrı ölkələrin cinayət prosesinin inkişafının əsas mərhələləri haqqında biliklər əldə etmək, milli hüquq sistemləri, onların hüquq institutları və normaları, hüquqi konseptual aparat və hüquqi təfəkkür bacarıqlarının formalaşdırılmasını öyrənmək və istintaq sövdələşməsinin gələcək perspektivlərini təhlil etməkdir.


Müəllif : Əlnağı Məmmədli - doktorant, Səlyan Rayon Məhkəməsinin hakimi
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 53

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir