Şəxsi hüquqlar ümumtanınmış adət norması kimi - Polis Akademiyasının Elmi Xəbərləri - Elmi Hüquq Jurnalı №1 2023

Açıqlama:

Beynəlxalq hüquq səviyyəsində insan hüquqlarına hörmətin təminatlandırılması II Dünya müharibəsindən sonrakı dövrdə meydana gəlmişdir. İnsan hüquqlarına hörməti təşviq edən məhkəmə nəzarətinin olma-ması beynəlxalq hüququn özünün səmərəliliyini şübhə altına qoymuşdu. Bu dövrə qədər mövcud olan beynəlxalq hüquq fəlsəfəsi də beynəlxalq hüququ yalnız dövlətlər üçün qəbul edirdi. Məh-kəmə praktikası da xarici yurisdiksiyada fərdin hü-quqlarının müdafiəsində səlahiyyəti həmin fərdin mənsub olduğu dövlət üçün tanıyırdı. Beynəlxalq Məhkəmənin baxışına görə insan hüquqları üzrə yeganə iddiaçı kimi dövlət çıxış edə bilərdi.


Müəllif : Səftər Rəhimli - hüquq elmləri üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 38

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir