Şәxsiyyәtin azadlığının vә lәyaqәtinin ictimai tәhlükәli qәsdlәrdәn beynәlxalq vә milli-hüquqi müdafiәsi - Nəqliyyat Hüququ jurnalı 2024 №1

Açıqlama:

İki minillikdәn artıqdır ki, bәşәr sivilizasiyası azadlıq, şәrәf vә lәyaqәt, vicdan, vәzifә vә mәsuliyyәt, xeyirxahlıq vә әdalәt kimi mәnәvi dәyәrlәrә әsaslanan “ideal cә miyyәt” ümid vә gözlәntilәri ilә yaşayır. Belә bir cәmiyyәtin qurulması ideyası hәmişә mütәfәkkirlәri narahat etmişdir, lakin buna baxmayaraq, mәnәvi inkişaf vә әxlaqi bәşәri dәyәrlәrin tәkmillәşdirilmәsi üçün sosial-hüquqi şәraitin yaradılması problemi bu gün dә filosofların, psixoloqların vә hüquqşünasların qarşısında sual olaraq qalır. Şәxsin şәrәf vә lәyaqәti sosial dәyәrlәr vә hüquqi imtiyazlar sistemindә aparıcı yer tutur. Şәxsiyyәtin azad lığı vә lәyaqәtinin insan hüquqları yurisdiksiyasında rolu ilә bağlı ilk dayanacaq bu anlayışın ölkәlәrin konstitusiyalarına necә daxil olması vә azadlıq vә lәyaqәtin beynәlxalq vә milli mәhkәmәlәr tәrәfindәn tәhlükәli qәsdlәrdәn hüquqi müdafiәsi mәsәlәsidir. Şәxsiyyәtin azadlığının, şәrәf vә lәyaqәtinin cinayәtkar qәsd lәrdәn qorunması vә cinayәtlәrin qarşısının alınması konstitusion insan hüququ vә dövlәtin hüquq-mühafizә sisteminin әn mühüm mәqsәdidir. Bu vәzifәnin uğurla ye rinә yetirilmәsi şәxsin azadlığına vә toxunulmazlığına qarşı ictimai tәhlükәli qәsdlәrin düzgün tәsniflәşdirilmәsini tәlәb edir.


Müəllif : Hacıbәyli Tural - hüquq üzrә fәlsәfә doktoru, “Azәrbaycan Sәnaye Korporasiyası” Hüquq departamentinin Qeydiyyat vә mәhkәmәlәrlә iş şöbәsinin müdiri.
Nəşr tarixi : 2024
Yüklənmə sayı : 18

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir