Ştat ixtisarı və məcburi işburaxma müddəti üçün əməkhaqqının ödənilməsi – praktiki problemlər - Polis Akademiyasının Elmi Xəbərləri- Elmi Hüquq Jurnalı №1 2025

Açıqlama:

Məqalə ştat ixtisarı ilə əlaqədar işdən çıxarılmış işçinin sonradan məhkəmə qərarı əsasında əvvəlki vəzifəsinə bərpa olunarkən ona məcburi işburaxma dövrü üçün verilən əməkhaqqının bəzi problemlərindən bəhs edir. Belə ki, işdən çıxarılan zaman müavinət almış işçi sonradan məhkəmə qərarı əsasında əvvəlki vəzifəsinə bərpa edilərkən işəgötürənin həmin işçiyə məcburi iş buraxma dövrü üçün əməkhaqqı ödəmək öhdəliyi əmələ gəlir. Məqalədə məcburi iş buraxma dövrünə görə ödənilən əməkhaqqının işdən çıxarma zamanı verilmiş ödənişlər (əməkhaqqı, müavinət və s.) həcmində azaldılması təklif edilmişdir.


Müəllif : Ata Vəliyev
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 98

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir