Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ailə münasibətlərində iştirakı: ailə qanunvericiliyinə edilmiş son əlavə və dəyişikliklər kontekstində - "Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə" jurnalı №3 2021

Açıqlama:

Müasir şəraitdə cəmiyyətin sürətlə inkişafı, beynəlxalq əlaqələrin genişlənməsi, miqrasiya hallarına daha tez-tez rast gəlinməsi səbəbindən ailə-hüquq münasibətlərində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakına dair göstəricilərin artması müşahidə edilməkdədir. Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbi dövlətlərin vətəndaşları arasında nikahın bağlanması hallarına daha tez-tez rast gəlinir ki, bu da belə nikahlardan doğulmuş uşaqların tərbiyə edilməsi, onların yaşayış yerinin müəyyən edilməsi, valideynlərlə münasibət saxlaması qaydaları, xaricdə yaşayan valideynlərdən aliment tutulması və sair məsələlərin tənzimlənməsinin yeni hüquqi bazasının yaradılması ilə nəticələnmişdir.


Müəllif : İsaxan Vəliyev - hüquq elmləri doktoru, professor
Nəşr tarixi : 2021
Yüklənmə sayı : 27

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir