Ədalət mühakiməsinin elektron qaydada aparılması - Azərbaycan Prokurorluğu Elmi-praktiki jurnalı (Xüsusi buraxılış 2) 2023

Açıqlama:

1995-ci il noyabrın 27-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə və birbaşa hüquqi qüvvəyə malik olmaqla Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasını təşkil etmişdir. Məhz bu baza əsasında sonrakı dövrlərdə bir sira digər normativ aktlar qəbul olunmuşdur. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi, müasir informasiya texnologiyalarının tətbiqi prosesinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” 13.02.2014-cü il tarixli Sərəncam imzalanmışdır.


Müəllif : Mətanət Əsgərova Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası kafedrasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru , Mayıl Bayramov Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Məhkəmə hüququ, prokuror və vəkillik fəaliyyəti kafedrasının müəllimi
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 28

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir