Ədalətli məhkəmə araşdırması hüququna fəlsəfi-hüquqi baxış - Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalı №1 2022

Açıqlama:

Məqalədə ədalətli məhkəmə araşdırması hüququna təkcə hüquqi kontekstdə deyil, həm də fəlsəfi bir kontekstdə yanaşılmışdır. Müəllif tərəfindən, hər şeydən əvvəl, ədalət kateqoriyasının mahiyyəti açıqlanmış və daha sonra bu kateqoriyanın cinayət mühakimə icraatına münasibətdə necə təzahür olunması məsələlərinə diqqət yetirilmişdir. Toxunulan əsas məsələlərdən biri ondan ibarətdir ki, cinayət mühakimə icraatında maddi və prosessual ədalətin fərqləndirilməsi mümkündür. Məqalədə ədalətli məhkəmə araşdırması hüququnun kompleks xarakterli hüquq olması diqqətə çatdırılmışdır. Bu tezisdən çıxış etməklə, məqalədə ədalətli məhkəmə araşdırması hüququnun tərkibinə daxil olan bütün elemenlər sadalanmışdır.


Müəllif : F.M.Abbasova - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 10

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir