Ədalətli məhkəmə araşdırması hüququnun ibtidai araşdırmanın ədalətliliyinə təsirinin bəzi aspektləri - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №4 (2021)

Açıqlama:

Ədalətlilik ən qədim tarixə malik olmuş, öncə ideya kimi, sonradan isə prinsip kimi formalaşaraq mövcud olmuşdur. Ədalətlilik haqqında ideyalar hələ ibtidai icma cəmiyyəti üfüqlərində doğmuş, bəşəriyyətin ilk sosial tənzim vasitəsi olan talion qaydaları ədalətliliyin tənləşdirici tələblərinə söykənmişdir. Ədalətliliyin elmi idrakının sonrakı mərhələsində təkcə tənləşdirici deyil, həm də fərqləndirici ölçüyə malik tələblərlə bağlı olduğu aydınlaşmışdır. Hüquq fəlsəfəsində ədalətə, hər şeydən öncə, cəmiyyətdə mövcud olan sosial xarakterli ölçü vahidi kimi baxılır. Bir ölçü vahidi kimi nəzərdən keçirildikdə ədalət həm kəmiyyət, həm də keyfiyyət müəyyən edən kateqoriya kimi çıxış edə bilər.


Müəllif : Firuzə Abbasova Bakı Dövlət Universitetinin “Cinayət prosesi” kafedrasının müdiri, h.ü.e.d., professor
Nəşr tarixi : 2021
Yüklənmə sayı : 511

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir