Əhalinin sanitariya-epidemioloji salamatlığı və insan hüquqları - Azərbaycan Vəkili Jurnalı №23 (2024)

Açıqlama:

Əhalinin sanitariya-epidemioloji salamatlığı ictimai sağlamlığın və insanların yaşayış mühitinin əsas tərkib hissəsidir. Əhalinin sanitariya-epidemioloji salamatlığı insan fəaliyyəti üçün əlverişli şərait yaradır.Əhali arasında sağlam həyat tərzinin, yüksək sanitariya mədəniyyətinin yaranmasına yönəldilmiş gigiyena təlim-tərbiyəsi işlərinin görülməsi, həmçinin əhalinin sağlamlıq vəziyyəti, gigiyena və epidemiologiya şəraiti, profilaktika, sanitariya-gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər barəsində əhaliyə geniş məlumat verilməsi əhalinin sanitariya-epidemioloji salamatlığı vasitəsilə təmin olunur. İnsanlar indiki və gələcək nəsillərin səhhətinə mənfi təsir göstərməyən və onların sanitariya-epidemioloji salamatlığını təmin edən əlverişli ətraf mühitdə yaşamaq hüququna malikdirlər. Əhalinin sanitariya-epidemioloji sağlamlığının təmin olunması dövlətin qarşısında duran əsas prioritet məsələlərdən biridir. Dövlət tərəfindən əhalinin sanitariya-epidemioloji sağlamlılığı ilə bağlı bir sıra qanunlar qəbul edilmiş, əhali arasında sanitariya-epidemioloji sağlamlılıqla bağlı maarifləndirici profilaktik tədbirlər görülür.


Müəllif : Mətin Əlili
Nəşr tarixi : 2024
Yüklənmə sayı : 25

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir