Əmək funksiyasının hüquqi tənzimlənməsinin prinsipləri haqqında - Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalı №4 2023

Açıqlama:

Məqalədə əmək müqaviləsinin əsas şərtlərindən biri kimi işçinin əmək funksiyasının hüquqi tənzimlənməsinin prinsipləri tədqiq olunmuşdur. Ümumi hüquq nəzəriyyəsinin və əmək hüquq elminin hüququn prinsiplərinə dair müddəaları əmək sferasının inkişafının müasir tendensiyaları nəzərə alınaraq işçinin əmək funksiyasının hüquqi tənzimlənməsinin aşağıdakı prinsipləri fərqləndirilmişdir: 1) əmək müqaviləsində təsbit edilmiş işçi və işəgötürənin qarşılıqlı iradə ifadəsi əsasında əmək funksiyasının müəyyən olunmasının müqavilə xarakteri haqqında prinsip; 2) kadr potensialından səmərəli istifadəyə kömək edən əmək funksiyasının müəyyənliyi (davamlılığı) prinsipi; 3) işçilərdən peşəsinə, vəzifəsinə, ixtisasına uyğun istifadə prinsipi. Bu prinsiplər bir-biri ilə qarşılıqlı şərtlənir və sıx bağlıdır. Azərbaycan Respublikasının müasir əmək qanunvericiliyində sadalanan prinsiplər qüvvədə olan AR ƏM-də təsbit edilmiş və əmək hüququnun konstitusion və əsas prinsipləri ilə şərtlənir. Məqalədə eyni zamanda əməyin azadlığı, bərabərlik, əmək funksiyasının müəyyən olunmasının müqavilə xarakteri və s. prinsiplərin mahiyyəti açıqlanmışdır. Fikrimizcə, işçinin əmək funksiyasının müəyyənliyi prinsipinin məzmunu AR ƏM-in aşağıdakı normalarında açıqlanır: 1)işçinin əmək müqaviləsi ilə müəyyən olunmuş əmək funksiyasına daxil olmayan işlərin, xidmətlərin yerinə yetirilməsindən imtina etmək hüququ, belə işləri, xidmətləri icra etdikdə isə əlavə əmək haqqının verilməsini tələb etmək hüququ təsbit edilmişdir (AR ƏM-ni 9-cu maddəsinin “ə” bəndi); 2)işəgötürən işçinin əmək funksiyasının, yəni əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir (AR ƏM-in 57-ci maddəsinin birinci hissəsi); 3) əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir (AR ƏM-in 57-ci maddəsinin üçüncü hissəsi). AR ƏM-in 57-ci maddəsində təsbit olunmuş əmək funksiyasının müəyyənliyi prinsipi işəgötürənin üzərinə işçiyə şərtləşdirilmiş əmək funksiyası üzrə iş təqdim etmək vəzifəsi qoyur və ona bu funksiyanın yerinə yetirilməsini tələb etmək hüququ verir (AR ƏM-in 11-ci 38 maddəsinin birinci hissəsinin “c” bəndi; AR ƏM-in 12-ci maddəsinin birinci hissəsinin “a” bəndi).


Müəllif : V.A.Hüseynli - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 11

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir