Əmək hüququnun mahiyyəti - Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalı №3 2024

Açıqlama:

Məqalədə vətəndaşların sosial-iqtisadi hüquqlarından biri kimi əmək hüququnun mahiyyəti araşdırılaraq qeyd olunur ki, bu hüquq insanın dəyişməz təbiətindən irəli gəlir və yaşamaq hüququ ilə bağlıdır. İnsanın ayrılmaz, təbii hüququ kimi əmək hüququnun əsasını həyat və özünümüdafiə təşkil edir. Əvvəllər ölkəmizdə bazar iqtisadiyyatı prosesi başlanana qədər əmək hüququna əmək müqaviləsi bağlanana qədər təminat verilirdisə, indi ona artıq əmək müqaviləsi bağlandıqdan sonra işçinin ona işəgötürənlə şərtləşdirilmiş işin təqdim edilməsi hüququ şəklində təminat verilir. Konstitusion əmək hüququ vətəndaşların bütün əmək hüquqlarının hüquqi bazasını təşkil edir. Əmək sahəsinə aid konstitusion hüquqların əksəriyyəti subyektiv xarakterlidir. Aparılmış tədqiqat nəticəsində belə bir nəticəyə gəlinmişdir ki, əmək hüququ- bu, hər hansı təminatsız səlahiyyət deyil, hüquq münasibətləri çərçivəsində mövcud olan hüquqdur. Ancaq hüquq münasibətləri kateqoriyası vasitəsilə bu konstitusion hüququn hüquqi təbiətini və sosial əhəmiyyətini açmaq olar. Beləliklə, əmək hüququnu vətəndaşların dövlət tərəfindən təmin edilmiş və təminat verilən, qanunvericilikdə təsbit edilmiş imkan kimi müəyyənləşdirmək olar.


Müəllif : Ülkər Əkbərli
Nəşr tarixi : 2024
Yüklənmə sayı : 25

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir