Əmək mübahisələrinin həllində mediasiyanın əhəmiyyəti - Azərbaycan Hüquq Jurnalı. 2024 (№1)

Açıqlama:

Bu məqalədə Azərbaycan Respublikasının təcrübəsinə əsaslanaraq, bəzi əmək qanunvericiliyi normaları ilə mediasiya sahəsində qanunvericilik arasında əlaqə araşdırılır. Mediasiya institutunun inkişafına mane olan, bəzən isə hüquqların pozulmasına və əmək mübahisələrinin yaranmasına səbəb olan bəzi mövcud hüquq normaları daxilindəki ziddiyyətlər vurğulanır. Mediasiya mübahisələrin həlli forması kimi, şübhəsiz ki, müasir cəmiyyətin tələbləri nəzərə alınmaqla əmək münasibətlərinin keyfiyyətinin yüksəldilməsində böyük əhəmiyyət kəsb edir. Məqalədə qanunvericiliyə konkret təkmilləşdirmələr təklif edilir, mediasiya institutunun uzunmüddətli inkişafının zəruriliyi vurğulanır. Məhkəmə icraatında olan əmək münasibətlərindən irəli gələn mübahisələrinin tam əksəriyyəti, təbii ki, işçi tərəfindən qaldırılmış iddialar əsasında başlanılmış icraatlardır. Beləliklə, daha “güclü tərəf” olan işəgötürən əmək mübahisələrində əksər hallarda sadəcə olaraq mediasiya mərhələsinə maraqlı olmayaraq, mümkün yollarla burada iştirakdan yayınmaq istəyir. Bir çox hallarda formalaşmış yanaşma mediasiya prosesində iştirakın “zəiflik” əlaməti kimi dəyərləndirilməsi baxımından da, mediasiya prosesinin keçirilməsinə ciddi maneədir.


Müəllif : Azər Rəhimov
Nəşr tarixi : 2024
Yüklənmə sayı : 29

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir