Əmək münasibətlərində dövlətin roluna Çin prizmasından baxış: Çin nümunəsi əmək hüququ - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №3 (2022)

Açıqlama:

Mövzunun aktuallığı. Hüququn inkişaf etməkdə olan sahələrindən biri kimi əmək hüququ ictimai münasibətlərin vacib qruplarından əmək münasibətləri və onunla bağlı olan digər münasibətləri tənzim edir. Nəzəri baxımından hamılıqla qəbul edilmiş müddəalara və fikirlərə rastlansa da, şübhəsiz ki, müxtəlif ölkələrin təcrübəsində istər əmək hüququna, istərsə də digər hüquq sahələrinə yanaşma müxtəlif ola bilir. Bunu ölkələrdəki hakim ideologiya, demokratiya indeksi, tarixi bağlılıq və bu kimi səbəblərlə əlaqələndirmək yerinə düşərdi. Azərbaycan Respublikasının təhsil müəssisələrində əmək hüququnun tədrisində əsasən, Qərb, Türkiyə və Rusiya/SSRİ təcrübəsinin müzakirə edildiyini nəzərə alaraq hesab edirik ki, Uzaq Şərqdə tətbiq edilən əmək hüququ normalarının və orada əmək hüququnun mövcud vəziyyətinin təhlili zəruridir. Tarixə baxdıqda XX əsrin 50-ci illərindən ideoloji sferada SSRİ ilə bənzər yolu izləyən Çində əmək hüquq münasibətlərinin tənzimlənməsi ilk başlarda qonşusundakı nəzarətdən çox da fərqlənmirdi. Həmçinin iqtisadi və əmək münasibətlərinin tənzimlənməsində 1920/30-cu illər SSRİ-si ilə 1950-60-cı illər Çininin ortaq tərəfləri aşkardır. Bu ortaqlıqların mahiyyəti və sonradan mühitin dəyişməsinin səbəbləri növbəti səhifələrdə izah ediləcək.


Müəllif : Fəridə Aslanova - Bakı Dövlət Universiteti Hüquq Fakültəsi, Əmək hüququ və ekologiya hüququ kafedrasının müəllimi Siyavuş Bağırov - Bakı Dövlət Universiteti Hüquq Fakültəsi Bakalavr üzrə II kurs tələbəsi Китайская Народная Республика, субъект трудового права, государственное регулирование, профсоюзы, коммунизм, трудовые отношения.
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 10

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir