Əmək münasibətlərinin fərqləndirici xüsusiyyətləri - Azərbaycan Vəkili Jurnalı №23 (2024)

Açıqlama:

Əmək və mülki münasibətlərin oxşar cəhətləri təcrübədə onların fərqləndirilməsində çətinlik yaradır. Əməkmünasibətlərinin digərlərindən fərqləndirilməsi işçilərin qanuni mənafelərinin, həmçinin müqavilə azadlığı prinsipinin qorunması baxımından əhəmiyyətlidir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 20 oktyabr 2023-cü il tarixli qərarı ilə məsələyə münasibətini bildirmişdir. Məqalədə Azərbaycan Respublikasının mövcud qanunvericiliyi, həmçinin Konsitusiya Məhkəməsinin qərarı araşdırılır. Mövcud olan vəziyyət təhlil edilərək əmək münasibətləri üçün xas olan və digər münasibətlərdən fərqləndirilməsi üçün həlledici olan əlamətlər seçilmişdir. Həmçinin qanunvericilik və yerli məhkəmə təcrübəsində meyarların tətbiqində olan boşluqların aradan qaldırılması məqsədilə xarici qanunvericilik və məhkəmə təcrübəsi araşdırılmış, əmək münasibətlərinin müəyyən edilməsi istiqamətində tövsiyələr verilmişdir.


Müəllif : Əli Camalov
Nəşr tarixi : 2024
Yüklənmə sayı : 18

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir