Əmək müqaviləsinin bağlanmasi və ya ləğv edilməsinin bəzi əsaslari fərdi əmək mübahisələrnin predmeti kimi - Polis Akademiyasının Elmi Xəbərləri- Elmi Hüquq Jurnalı №2 2023

Açıqlama:

Heyətin idarə olunmasında ənənəvi yanaşmalar artıq günün tələbinə cavab verməməklə müasir, daha çevik imkanlara yol açaraq sıradan çıxmış olurlar ki, burada çevik yanaşmalar sırasında distant (məsafədən) iş, müvəqqəti iş, podrad və s. kimi imkanlar daha geniş müzakirə olunur. Hazırda tərəflər özünü uzun müddətli ohdəliklərlə bağlayacaq klassik yanaşmada qəbul etdiyimiz müddətsiz əmək müqaviləsi deyil, daha geniş çeviklik imkanları gətirəcək alterantiv alətlər axtarışındadılar ki, bu isə artıq dünyada gedən ümumi qlobal proseslərlə bilavasitə əlaqələndirilə bilər. Digər tərəfdən işçi daha çox stabil iş imkanları axtarışında ola bilir ki, daha əvvəl sadalanlar sırasından olan müddətli iş anlayışı bu tələbata tam cavab verməyə bilir.


Müəllif : Azər Rəhimov - Bakı Dövlət Universitetinin, Hüquq Fakültəsinin elmlər doktoru hazırlığı üzrə dissertantı, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının və Mediasiya Şurasının üzvü, hüquq üzrə fəlsəfə doktoru.
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 19

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir